Xəbərlər

Belarus Rusiyadakı poliqonda döyüş atışları həyata keçirəcək

Belarus Müdafiə Nazirliyi raket zərbələrinə nəzarət üzrə təlimlərə rəhbərlik edən komandanı Rusiya Federasiyasına yollayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.

“Hazırda müxtəlif raket sistemlərindən döyüş atışları ilə raket zərbələrinə nəzarət təlimi üçün Rusiya poliqonlarından birində raket qüvvələrinin və vasitələrinin cəmləşdirilməsi başa çatdırılır”, – məlumatda bildirilib.