Xəbərlər

Cənubi Koreya: Yaponiya ilə münasibətlərimizdə ciddi problemlər var

“İki ölkə liderləri arasında şəxsi münasibətlər nəticəsində əldə olunan son irəliləyişlərə baxmayaraq, Koreya Respublikası və Yaponiya arasında münasibətlərdə əhəmiyyətli problemlər qalmaqda davam edir”.

“Füyuzat”ın məlumatına görə, bunu Cənubi Koreya Prezidenti Yoon Seok-yeol Seulda Yaponiyanın Baş naziri Fumio Kişida ilə danışıqları zamanı deyib.

“Təbii ki, Koreya Respublikası ilə Yaponiya arasında münasibətlərdə mövcud problemlər qalmaqdadır. Buna baxmayaraq, biz işıqlı gələcək üçün səylərimizi davam etdirəcəyimizə inanırıq”, – Seok-yeol qeyd edib.