Xəbərlər

İsrail ordusu Hizbullahın hərbi infrastruktur obyektinə zərbə endirib

İsrail Müdafiə Qüvvələri (IDF) Livanın cənubunda Hizbullah hərəkatının hərbi infrastruktur obyektinə hücum edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə IDF məlumat yayıb.

IDF həmçinin hava hücumundan müdafiə sistemlərinin bazar günü Livandan İsrailin şimalındakı Malkiya ərazisi üzərində uçan “şübhəli hava hədəfini” zərərsizləşdirdiyini bildirib. Dağıntılar və itkilər barədə məlumat yoxdur.