Xəbərlər

Qətər Qəzza sakinlərinə kömək üçün 4,5 milyon dollar ayıracaq

Qətər Qızıl Aypara Cəmiyyəti və Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) Qətər İnkişaf Fondunun İordan çayının qərb sahilində qapalı qalan Qəzza zolağı sakinlərinə kömək üçün 4,5 milyon dollar ayırmağı nəzərdə tutan müqaviləni imzalayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Qətər Xəbər Agentliyi məlumat verib.

Məlumata görə, ayrılan vəsait Qəzza zolağından olan 4,4 min fələstinli işçiyə, eləcə də münaqişə qızışmazdan əvvəl Qərb Sahilinə tibbi yardım üçün gələn anklav sakinlərinə dəstək olmaq üçün nəzərdə tutulub.

“Yardım keçən ilin oktyabrında İsrail təcavüzünün başlamasından bəri Qəzza zolağına qayıda bilməyən köçkünlər üçün həyati dəstək olacaq”, – məlumatda bildirilib.