Xəbərlər

İsrail Dəməşq, Tartus və Homsdakı hədəflərə hava zərbələri endirib

İsrail Hərbi Hava Qüvvələri Suriyanın Dəməşq, Tartus və Homs əyalətlərindəki hədəflərinə hava zərbələri endirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Qeyd edilib ki, İsrail hərbiçiləri ilk hücumdan dərhal sonra, ikinci hücumu da həyata keçirib.