Xəbərlər

İrəvan və Bakı sülh sazişində 13 maddə barədə razılığa gəliblər

Ermənistan və Azərbaycan sülh sazişi layihəsində 13 maddə və ön sözdə razılığa gələ bilib və Ermənistan hakimiyyəti artıq razılaşdırılmış bəndləri imzalamağı təklif edir.

“Füyuzat”ın məlumatına görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “İrəvan dialoqu” beynəlxalq forumu zamanı bildirib.

“13 maddə və sülh sazişi layihəsinin ön söz hissəsi tam razılaşdırılıb, 3 maddə qismən razılaşdırılıb. Biz razılaşdırılmış maddələri mümkün qədər tez imzalamağı təklif edirik”, – deyə o bildirib.

Paşinyan qeyd edib ki, Azərbaycanla gələcək nəqliyyat kommunikasiyalarının təhlükəsizliyi müstəsna olaraq təmin olunmalıdır.