Xəbərlər

İsrail Livanın cənubuna zərbələr endirib

İsrail Müdafiə Qüvvələrinə məxsus döyüş təyyarələri Livanın cənubunda yerləşən Hizbullahın hərbi obyektlərinə zərbələr endirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, İsrail hərbiçiləri gecə saatlarında Livanın cənubundakı Aita əş-Şəb, Əl-Xiyam və Əl-Nakura bölgəsindəki hərbi obyektlərə hücum edib.