Xəbərlər

Avropa İttifaqı Qəzzada sülhə vasitəçi olan ölkələri dəstəkləyir

“Avropa İttifaqı (Aİ) Qəzza zolağında sabitliyə nail olmaq üçün Fələstin və İsrail arasında danışıqlarda vasitəçi ölkələrin hərəkətlərini həmişə dəstəkləyib, bundan sonra da dəstəkləyəcək”.

“Füyuzat”ın məlumatına görə, bunu Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Cozep Borrell Misir Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Bədr Əbdül Ati ilə birgə mətbuat konfransında deyib.

“Biz Misir, Qətər və ABŞ-ın Qəzza zolağında dərhal atəşkəs və girovların azad edilməsinə zəmanət verən razılaşmanın əldə olunmasında vasitəçiliyini təmin etmişik, bundan sonra da edəcəyik. Beynəxalq ictimaiyyət Fələstin əhalisinə humanitar yardımın maneəsiz çatdırılması ilə bağlı böhranın həlli üçün bütün səyləri göstərməlidir”, – Borrell bildirib.