Xəbərlər

Türkiyə Suriya və İraqda 13 PKK üzvünü məhv edib

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında və İraqda PKK-nın 13 üzvünü məhv edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi “X” səhifəsində məlumat yayıb.

“Silahlı qüvvələrimiz Suriyanın şimalında “Fırat Kalkanı” və “Zeytin Dalı” əməliyyatları zamanı PKK-nın 11 üzvünü, Şimali İraqın Qara bölgəsində isə PKK-nın 2 terrorçusunu zərərsizləşdirilib”, – Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.