Xəbərlər

Ermənistan sərhəd delimitasiyası komissiyalarının işi ilə bağlı müddəalara baxacaq

Ermənistan Konstitusiya Məhkəməsi (KM) sentyabrın 24-də Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyaların işi ilə bağlı müddəalara baxacağını bildirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə TASS məlumat yayıb.

“Sərhədin delimitasiyası üzrə Ermənistan və Azərbaycan komissiyalarının birgə işi haqqında müddəaların konstitusiyaya uyğunluğu məsələsinə sentyabrın 24-də Ermənistan Respublikasının Konstitusiya Məhkəməsində baxılacaq”, – məlumatda bildirilib.