Qırğızıstan ərazisində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Çevik Reaksiya Qüvvələrinin (CRRF) iştirakı ilə “Qarşılıqlı fəaliyyət-2024”, “Axtarış-2024” və “Eşelon-2024” hərbi təlimlərinin aktiv mərhələsi başa çatıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Qırğızıstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, təlimlərdə pilotsuz uçuş aparatlarından istifadə və onlara qarşı mübarizəyə, eləcə də elektron döyüş sistemlərindən birgə istifadəyə xüsusi diqqət yetirilib.