Xəbərlər

Çinin 19 təyyarəsi Tayvana yaxınlaşıb

Tayvan Silahlı Qüvvələri bir gündə Çinin Xalq Qurtuluş Ordusunun 19 təyyarəsinin adaya yaxınlaşdığını qeydə alıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə adanın Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, sentyabrın 11-də yerli vaxtla saat 07:00-da “J-16” qırıcıları və “KJ-500” təyyarələri adaya yaxınlaşıb.