Xəbərlər

Çin, Türkiyə, İngiltərə və ABŞ nümayəndələri KTMT təlimlərində iştirak edib

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qırğızıstanda keçirilən təlimlərində Çin, Türkiyə, Böyük Britaniya, ABŞ və digər Qərb ölkələrinin hərbi-diplomatik korpusunun nümayəndələri iştirak ediblər.

“Füyuzat”ın məlumatına görə, bu barədə KTMT-nin Birgə Mətbuat Mərkəzi TASS- a məlumat verib.

“Təlimə 1500-ə yaxın hərbi qulluqçu, 300-dək silah, hərbi və xüsusi texnika, o cümlədən aviasiya, müxtəlif tipli pilotsuz uçuş aparatları (PUA), döyüş katerləri, həmçinin hava hücumundan müdafiə sistemləri cəlb olunub”, – məlumatda bildirilib.