Xəbərlər

Ərdoğan: Krımın Ukraynaya qaytarılmalıdır

“Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə dəstəyimiz daimidir. Krımın Ukraynaya qaytarılması beynəlxalq hüququn tələbidir”.

“Füyuzat”ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan IV Krım Platforması Sammitində yayımlanan videomüraciətində deyib.

“Ukrayna Prezidenti Volodimir Zelenski, hörmətli dövlət və hökumət başçıları, əziz Krım-tatar türk soydaşlarımız, sizi ən səmimi hisslərim və hörmətimlə salamlayıram. Krım Platformasının IV Liderlər Zirvə toplantısında sizinlə videomüraciət vasitəsilə əlaqə saxlamaqdan çox məmnunam. Bu müstəsna zirvənin təşkilində əməyi olan hər kəsə, xüsusilə də cənab Zelenskiyə və Krım tatarlarının milli lideri cənab Mustafa Kırımoğluna təşəkkür edirəm”, – Türkiyə lideri bildirib.