Xəbərlər

Türkmənistan Əfqanıstana hərtərəfli dəstəyi davam etdirəcək

Türkmənistan Əfqanıstana iqtisadi, siyasi və diplomatik dəstəyini davam etdirəcək.

“Füyuzat”ın məlumatına görə, bunu Türkmənistan Xalq Şurasının sədri Qurbanqulu Berdiməhəmmədov deyib.

“Mən əfqan qardaşlarımızı və tərəfdaşlarımızı əmin etmək istəyirəm ki, Türkmənistan qonşu ölkəyə iqtisadi, siyasi və diplomatik, xüsusən də beynəlxalq arenada hərtərəfli dəstək verməyə davam edəcək”, – Berdiməhəmmədov qeyd edib.