İsrail Qüvvələrinin avqustun 28-dən etibarən İordan çayının qərb sahilinə endirdiyi zərbələr nəticəsində 400-dən çox fələstinlinin evinə ziyan dəyib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Əl-Cəzirə” telekanalı BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinə (OCHA) istinadən məlumat yayıb.
Qeyd edilib ki, İsrail ordusunun hücumları nəticəsində Tulkarm və Nur Şəms qaçqın düşərgələrindəki 61 yaşayış məntəqəsi tamamilə dağıdılıb, 123-ü uşaq olmaqla 327 nəfər evlərini tərk etmək məcburiyyətində qalıb.