Xəbərlər

Qəzzada ölənlərin sayı 41 min 118-ə yüksəlib

İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 41 min 118-ə, yaralıların sayı isə 95 min 125-ə yüksəlib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat verib.

Məlumata görə, son 24 saatda Qəzza zolağına edilən 3 hücumda 34 fələstinli həyatını itirib, 96 fələstinli isə yaralanıb.