Xəbərlər

Lukaşenko Ermənistanla münasibətləri bərpa etmək istədiyini bildirib

Belarus Pezidenti Aleksandr Lukaşenko Ermənistanla əvvəlki illərdəki yaxşı münasibətləri bərpa etmək istədiyini bildirib.

“Füyuzat”ın məlumatına görə, bunu Aleksandr Lukaşenko müxtəlif millətlərin nümayəndələri ilə görüşündə bildirib.

Lukaşenko Ermənistanı ənənəvi tərəfdaşlarla dostluğunu itirməməyə çağırıb: “Hər şey ola bilər, amma əlinizdə olanı itirməyin, seçim sizin əlinizdədir”.