Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp ABŞ-ın vitse-prezidenti Kamala Harrislə debat keçirməkdən imtina edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə TASS məlumat yayıb.
“Rəy sorğuları açıq şəkildə göstərir ki, mən çərşənbə axşamı keçirilən debatda Kamala Harrisə qalib gəldim. Buna görə də, o, dərhal ikinci debatın keçiriliməsini tələb etdi”, – Tramp bildirib.
Bunu əsas gətirən Tramp növbəti debatlardan imtina etdiyini qeyd edib.