Xəbərlər

Avstraliya İsraillə silah ticarətini davam etdirəcək

“Avstraliya etirazlara baxmayaraq, İsraillə silah ticarətini davam etdirəcək və İsraildən zəruri silah sistemlərini alacaq”.

“Füyuzat”ın məlumatına görə, bunu Avstraliyanın müdafiə naziri Riçard Marles deyib.

“Entoni Albanese hökuməti indi İsrailin Elbit şirkətinin piyada döyüş maşınlarının alınmasını yekunlaşdırır. Biz İsraillə əməkdaşlığa son qoymaq barədə qərar qəbul etməmişik və etməyəcəyik də. Əsgərlərimiz üçün ən yaxşı silah sistemlərini almağa davam edəcəyik”, – Marles jurnalistlərə açıqlamasında bildirib.