Xəbərlər

Şoyqu KXDR-ə səfər edib

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu cümə günü Pxenyana səfər edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Sputnik-Armeniya” məlumat yayıb.

“Sentyabrın 13-də Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyəti Pxenyanda olub. Onu Koreya Xalq Demokratik Respublikasının (KXDR) Prezidenti Kim Çen İn qəbul edib”, – məlumatda bildirilib.