Xəbərlər

İranın paytaxtının dəyişdirilməsi ideyası real adlandırılıb

“Bu prosesin kifayət qədər əmək və vəsait tələb etməsinə baxmayaraq, İranın paytaxtının Tehrandan köçürülməsi mümkündür”.

“Füyuzat”ın məlumatına görə, bunu İran Məclisinin daxili siyasət komitəsinin üzvü Seyid Ruhullah Musəvi deyib.

“Paytaxtın köçürülməsinə kifayət qədər vəsait tələb olunur və bu olduqca mürəkkəb prosesdir. Lakin lazimi əməliyyatlar aparılarsa, bu mümkün ola bilər”, – Musəvi bildirib.