Xəbərlər

Türkiyə ABŞ-dan mühərriklər almaq istəyir

Türkiyə döyüş təyyarələrini istehsal etmək üçün ABŞ-dan “GE Aerospace” təyyarə mühərrikləri almaq istəyir.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Bloomberg” məlumat yayıb.

Qeyd edilib ki, Ankara “Hurjet” təlim təyyarələrinin istehsalı proqramını həyata keçirmək üçün “GE Aerospace F404” mühərrikləri almaq niyyətindədir.

ABŞ tərəfinin bu təklifə necə yanaşdığı barədə məlumat verilməyib.