Xəbərlər

Pezeşkian: İran nüvə silahı əldə etmək istəmir

“İran nüvə silahı əldə etmək niyyətində deyil, lakin ABŞ və Avropa onu təhdid edərək raket proqramlarını inkişaf etdirməkdən imtina etməyə məcbur edir”.

“Füyuzat”ın məlumatına görə, bunu İran Prezidenti Məsud Pezeşkian iranlı və xarici jurnalistlərin iştirakı ilə keçirdiyi ilk mətbuat konfransı zamanı deyib.

“Biz nüvə silahı əldə etməyə çalışmırıq, ABŞ və Avropa bizi raket proqramlarını dayandırmaqla hədələyir, əgər raketlərimiz olmasa, Qəzza zolağında olduğu kimi, bizə də bomba atacaqlar”, – Pezeşkian bildirib.