“İran Rusiya ilə əməkdaşlığa və ticarətə davam edir, lakin onu heç bir raketlə təmin etmir”.
“Füyuzat”ın məlumatına görə, bunu İslam Respublikasının Prezidenti Məsud Pezeşkian iranlı və xarici jurnalistlərin iştirakı ilə səlahiyyətlərinin icrasına başladıqdan sonra ilk mətbuat konfransı zamanı deyib.
“Biz Rusiya ilə əməkdaşlıq və ticarət əlaqələri qurmuşuq, lakin mən Prezident seçildikdən sonra Rusiyaya heç bir silah ötürməmişəm”, – Pezeşkian bildirib.