Xəbərlər

İsrail ordusu İslami Cihadın raket komandirini öldürüb

İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağının cənubunda Fələstinin İslami Cihad qruplaşmasının raket komandirini hava zərbəsi nəticəsində öldürüb.

“Füyuzat”ın məlumatına görə, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, zərbə zamanı raket komandiri Qəzza zolağının cənubundakı Xan Yunis humanitar zonasından İsrailin mülki bölgələrinə raketlər atırmış.