“Belarusa hücum üçüncü dünya müharibəsinin başlaması demək olacaq”.
“Füyuzat”ın məlumatına görə, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.
“Mən rəqiblərimizi və hələ də başa düşməyənləri xəbərdar etmək istəyirəm ki, Belarusa hücum üçüncü dünya müharibəsidir”, – o, Milli Birlik Gününə həsr olunmuş “Bir olsaq” vətənpərvərlik forumunda çıxışı zamanı deyib.
Lukaşenkonun sözlərinə görə, buna görə də heç bir halda nə ukraynalılar, nə də ruslar, nə də amerikalılar buna cəhd etməlidir.
Belarus Prezidenti qeyd edib ki, onun ölkəsi episentrdə, bütün yolların qovşağındadır, respublika Avropanın coğrafi mərkəzidir və Belarus torpaqları çox sayda müharibələrə şahidlik edib.