Xəbərlər

KİV: İsrail ordusu Hizbullahın pilotsuz təyyarəsini zərərsizləşdirib

İsrail Müdafiə Qüvvələri Tiberiya şəhəri yaxınlığında Hizbullaha məxsus pilotsuz uçuş aparatını zərərsizləşdirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə İsrail ordusunun “Qalei İDF ” radiostansiyası məlumat yayıb.

Qeyd edilib ki, pilotsuz vasitə təhlükəsinə qarşı Qaliley və Tiberiya bölgələrində əhaliyə xəbərdarlıq edilib. Bundan sonra PUA vurulub.