Xəbərlər

Kobaxidze: ABŞ-ın sanksiyaları seçkilərə təsir etmək məqsədi daşıyır

“ABŞ-ın seçkilərdən əvvəlki dövrdə sanksiyaların tətbiq edilməsi, görünür, yalnız seçkilərə təsir etmək məqsədi daşıyır. Mən hesab edirəm ki, gürcü seçicilərinin cavabı həm aydın, həm də qətiyyətli olacaq”.

“Füyuzat”ın məlumatına görə, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze brifinq zamanı deyib.

Kobaxidze sanksiyaları əhəmiyyətsiz adlandırıb və son vaxtlar Gürcüstan-ABŞ münasibətlərində yaranmış gərginliyə baxmayaraq, tərəfdaşlara açıq müraciət etdiyini xatırladıb.

“Biz açıq şəkildə bəyan etmişik ki, istənilən mövzuda müzakirələrə açığıq. Bununla belə, bu cür tədbirlər seçki öncəsi əks-effekt verir”, – Kobaxidze bildirib.