Xəbərlər

Bayden BMT Baş Assambleyasında çıxış edəcək

ABŞ Prezidenti Co Bayden sentyabrın 24-də BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsində çıxış edəcək.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

“Prezident Bayden sentyabrın 24-də Baş Assambleyadakı çıxışından əlavə, beynəlxalq sülh və təhlükəsizliyə təhdidlərlə mübarizə, qlobal rifahı təşviq etmək və insan hüquqlarının müdafiəsi sahəsində əməkdaşlığı müzakirə etmək üçün dünya liderləri ilə görüşəcək”, – məlumatda qeyd edilib.