Xəbərlər

Tramp: ABŞ-ın Rusiya və Çinlə əməkdaşlıq etməsi faydalıdır

“ABŞ Rusiya və Çinlə əməkdaşlıqdan imtina etməməlidir”.

“Füyuzat”ın məlumatına görə, bunu Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Tramp deyib.

“Çin ilə əməkdaşlıq etmək bizim üçün çox yaxşıdır, sadəcə ədalətli şərtlərə ehtiyacımız var. Rusiyanın çoxlu mineralları var. Biz böyük işlər görə bilərik”, – Tramp bildirib.

Tramp bir daha Rusiya Prezidenti Vladimir Putin və Çin Prezidenti Si Cinpinlə yaxşı münasibətlərinin olduğunu xatırladaraq, yenidən prezident seçiləcəyi təqdirdə bu ölkələrlə anlaşacağına söz verib.