Xəbərlər

Tramp gələn həftə Hindistanın Baş naziri ilə görüşəcək

Keçmiş ABŞ Prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp gələn həftə Hindistanın Baş naziri Narendra Modi ilə görüşmək niyyətindədir.

“Füyuzat”ın məlumatına görə, bunu Tramp çərşənbə axşamı Miçiqan ştatının Flint şəhərində çıxışı zamanı deyib.

Görüşün harda keçiriləcəyi haqqında və müzakirə ediləcək məsələlər barədə məlumat verilməyib.