Xəbərlər

NATO Arktikada hava əməliyyatları mərkəzi yaratmağı planlaşdırır

“NATO qısa müddətdə Rusiyaya qarşı Arktika regionunda birgə hava əməliyyatları mərkəzi yaratmağı planlaşdırır”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Defence One” portalı alyansın Hərbi Hava Qüvvələrinin komandanı, ABŞ generalı Ceyms Hekkerə istinadən məlumat yayıb.

“Biz Arktika ölkələri arasında sıx əməkdaşlıqdan və onların bu layihəni həyata keçirmək üçün paylaşdıqları təcrübədən faydalanacağıq. Beləliklə, biz bu biliklərdən istifadə edərək, tezliklə Arktikada üçüncü birgə hava əməliyyatları mərkəzini yaradacağıq”, – Hekker ABŞ Hava və Kosmik Qüvvələrin Assosiasiyasının illik konfransında qeyd edib.