Xəbərlər

İsrail qüvvələri son 24 saatda daha 20 fələstinlini öldürüb

İsrail qüvvələrinin son 24 saat ərzində Qəzza zolağına endirdiyi zərbələr nəticəsində azı 20 nəfər həlak olub.

“Füyuzat”ın məlumatına görə, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, oktyabrın 7-dən etibarən İsrail-Fələstin münaqişəsində ölənlərin sayı 41 min 272-ə, yaralıların sayı isə 95 min 551-ə yüksəlib.