Xəbərlər

İsrail Hizbullaha məxsus silah anbarına hücum edib

İsrail Hərbi Hava Qüvvələri Livanın cənubunda 7 müxtəlif bölgədə bir neçə hərbi obyektə və Hizbullah hərəkatının silah anbarına zərbələr endirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, zərbələr Livan ərazisinin cənubundakı Xiam, Çixine, Tayyib, Blida, Mays əl-Cəbəl, Aytarun və Kfar Qila yaşayış məntəqələri ərazilərinə endirilib.