Xəbərlər

KİV: Hindistan Rusiya ilə “T-72” tanklarının modernləşdirilməsinə başlayıb

“Hindistan Rusiya ilə əməkdaşlıq edərək “T-72″ döyüş tanklarını mümkün yeni ixrac məqsədləri üçün modernləşdirir”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Indian Defence News” xəbər portalı mənbələrə istinadən məlumat yayıb.

Qeyd edilib ki, “T-72” tankları Hindistanda modernləşdiriləcək və daha sonra ixrac ediləcək.

Həmçinin bu tankların hələ də dünyanın ən etibarlı silahlarından biri olaraq qalmaqda davam etdiyi və onlara tələbatın yüksək səviyyədə olduğu bildirilib.