Xəbərlər

Tramp Harrisi casusluqda ittiham edib

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp demokrat rəqibi Kamala Harrisi casusluq etməkdə ittiham edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Tramp “Truth Social”da yazıb.

“Harris və onun kampaniyası mənə qarşı casusluq edir”, – Tramp bildirib.

Qeyd edək ki, ABŞ xüsusi xidmət orqanlarının məlumatına görə, iranlı hakerlər Trampın kampaniyasının daxili sənədlərini oğurlayaraq mediaya, eləcə də hazırkı Amerika lideri Co Baydenlə əlaqəli şəxslərə göndəriblər. ABŞ Milli Kəşfiyyat İdarəsi, Federal Təhqiqatlar Bürosu, Kibertəhlükəsizlik və İnfrastruktur Agentliyinin çərşənbə günü yaydığı birgə bəyanatda İranın bu yolla ABŞ seçkilərində nifaq salmağa və etimadı sarsıtmağa çalışdığı qeyd olunub.