Xəbərlər

İsrailin hücumları nəticəsində daha 9 nəfər həlak olub

İsrail ordusunun Qəzza zolağındakı Nusayrat qaçqın düşərgəsinə hücum etməsi nəticəsində azı 9 nəfər həyatını itirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Haber Global” məlumat yayıb.

Qeyd edilib ki, həyatını itirənlərin cəsədləri və yaralananlar Əl-Avde xəstəxanasına aparılıb.