Xəbərlər

Hizbullah İsrail ordusunun Qolan təpələrindəki bazalarına hücum edib

Hizbullah İsrailin şimaldakı Biriya, Qalia və Snir bölgələrində yerləşən hərbi bazaları raket atəşinə tutub.

“Füyuzat”ın məlumatına görə, bu barədə Hizbullah təşkilatı məlumat yayıb.

“İslam müqaviməti döyüşçüləri Katyuşa atıcılarından düşmən qüvvələrinə atəş açıblar, nəticədə Yuxarı Qaliley və Qolan yüksəkliklərində yerləşən üç briqadanın qərargahı və səhra düşərgələri vurulub”, – məlumatda bildirilib.