Xəbərlər

KİV: İran hakimiyyəti Beyruta komissiya göndərib

İran hakimiyyəti Beyruta müxtəlif rabitə vasitələrinin partladılmasının səbəblərini araşdırmaq üçün komissiya göndərmək qərarına gəlib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Məlumata görə, İran rəhbərliyi Tehranın dəstəklədiyi Hizbullah hərəkatının apardığı araşdırmalara etibar etmir.

Kanalın həmsöhbətləri bildiriblər ki, iranlı mütəxəssislərdən ibarət komissiya partlamış cihazların Livana necə daxil olduğunu araşdıracaq, həmçinin Hizbullahın fəaliyyətinin auditini aparacaq.