Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp hesab edir ki, dünya çox təhlükəli vəziyyətə düşüb və əgər prezident seçilsə, Kamala Harris üçüncü dünya müharibəsini dayandıra bilməyəcək.
“Füyuzat”ın məlumatına görə, bu barədə Tramp sosial şəbəkə hesabında paylaşım edib.
“Dünya indi çox təhlükəli hala gəlib. Kamala ən sadə suallara belə cavab verə bilmir. Bu dəlilikdir! Əgər bunu edə bilmirsə, üçüncü dünya müharibəsini əngəlləmək məsələsində bizi necə təmsil edə bilər? Cavab sadədəir. O bunu bacarmayacaq”, – deyə Tramp bildirib.