İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Livanda cihazların silsilə partlayışlarından sonra öz qoşunlarına hər hansı texniki rabitə cihazlarından istifadə etməyi qadağan edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Reuters” agentliyi İran təhlükəsizlik xidmətindəki mənbələrə istinadən məlumat yayıb.
Qeyd edilib ki, SEPAH təkcə rabitə cihazlarını deyil, demək olar ki, bütün texniki avadanlıqları da yoxlamaya başlayıb.
Departamentin rəhbərliyi baş verənlərdən narahat olduğu üçün Hizbullahdan texniki ekspertizanın nəticələrini, həmçinin partladılmış məhsulların bir neçə nümunəsini istəyib.