“Çin hakimiyyəti Livanda rabitə vasitələrinin partladılmasından narahatdır və İsrailin Livan ərazisinə hava hücumlarını kəskin şəkildə pisləyir”.
“Füyuzat”ın məlumatına görə, bunu Çinin xarici işlər naziri Vanq Yi deyib.
“Biz regionda baş verən hadisələrdən, xüsusən də Livanda rabitə avadanlığının partladılmasından son dərəcə narahatıq və mülki şəxslərə qarşı ayrıseçkilik etmədən həyata keçirilən hücumlara qəti şəkildə qarşıyıq. Beynəlxalq münasibətlərin fundamental normalarını pozan hərəkətləri kəskin şəkildə pisləyirik”, – Vanq Yi qeyd edib.