Xəbərlər

Ermənistan XİN: İrəvan Bakı ilə sülh müqaviləsi imzalamağa hazırdır

“Ermənistan Azərbaycanla tezliklə sülh sazişi imzalamağa hazırdır”.

“Füyuzat”ın məlumatına görə, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Nyu-Yorkda italiyalı həmkarı Antonio Tacani ilə görüşündə deyib.

“Ermənistanın Cənubi Qafqazda sülhün bərqərar olması istiqamətində atdığı addımlar xatırladılıb. Nazir Mirzoyan Ermənistanın qısa müddətdə Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün aydın mövqeyinin və siyasi iradəsinin olduğunu vurğulayıb. Ermənistanın regionda sabitliyin təmin edilməsinə dair baxışı ərazi bütövlüyünə qeyd-şərtsiz hörmətə, sərhədlərin toxunulmazlığı prinsiplərinə, eləcə də iqtisadi qarşılıqlı əlaqənin təmin edilməsinə yönəlmiş təşəbbüslərə əsaslanır”, – Ermənistan Xarici İşlər Nazirliyi görüş barədə məlumatında bildirib.