Xəbərlər

İspaniya İsraili Livana hücumlarına görə qınayıb

İspaniya hökuməti İsraili Livanın cənub və şərqinə endirdiyi hava hücumlarına görə kəskin şəkildə pisləyib.

“Füyuzat”ın məlumatına görə, bu barədə İspaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“İspan hökuməti İsrailin Livanın cənubunda və şərqində həyata keçirdiyi və yüzlərlə insanın ölümünə səbəb olan hücumları qəti şəkildə pislədiyini bildirir. Zorakılıq dayandırılmalıdır”, – məlumatda bildirilib.