Xəbərlər

Caişankar: Ukrayna ilə bağlı heç bir sülh planımız yoxdur

“Hindistanın Ukrayna ilə bağlı sülh planı yoxdur, lakin biz münaqişənin hər iki tərəfi ilə əlaqə saxlayırıq”.

“Füyuzat”ın məlumatına görə, bunu Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar deyib.

“Biz bir növ problemin həlli istiqamətlərini araşdırırıq, ancaq sülh planımız yoxdur”, – Caişankar Nyu-Yorkdakı Asiya İctimai Siyasət İnstitutunda müzakirə zamanı vurğulayıb.