“Hizbullah Qərb ölkələri, Avropa ölkələri və ABŞ-ın ən müasir silahlarla dəstəklədiyi bir rejim olan İsrailə qarşı təkbaşına dayana bilməz”.
“Füyuzat”ın məlumatına görə, bunu İran Prezidenti Məsud Pezeşkian ABŞ-ın Nyu-York şəhərində “CNN” televiziyasına müsahibəsi zamanı deyib.
İran lideri İsrailin hücumları dayandırmadığı təqdirdə bölgənin daha da genişmiqyaslı müharibəyə girmək riski ilə üzləşəcəyini bildirib.