Türkiyədən Livana tibbi avadanlıq yardımı daşıyan təyyarə Livana göndərilib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Haber Global” məlumat yayıb.
Təyyarə Beyrut Rafik Həriri Beynəlxalq Hava Limanına eniş edib.
Qeyd edilib ki, yardım təyyarəsini Livanın səhiyyə naziri Firas əl-Ebyad və Türkiyənin Beyrutdakı səfiri Əli Barış Ulusoy qarşılayıb.