Xəbərlər

Çin: ABŞ Yaxın Şərqdə müsəlmanları öldürür

“Birləşmiş Ştatlar Çindəki müsəlmanların hüquqları ilə bağlı narahatlığını ifadə edir, eyni zamanda Yaxın Şərqdə müharibələri qızışdıraraq İslam dininin ardıcıllarının kütləvi şəkildə öldürülməsinə töhfə verir”.

“Füyuzat”ın məlumatına görə, bunu Çinin xarici işlər naziri Vanq Yi deyib.

“ABŞ hərəkətləri ilə ikili standartların nə olduğunu bütün dünyaya bir daha nümayiş etdirdi. Niyə Birləşmiş Ştatlar ərəb xalqlarına qarşı tarixi ədalətsizliklərə göz yumur və Fələstinin BMT-yə tam üzvlüyünü dəstəkləmir? Nəyə görə Qəzza zolağında daimi atəşkəsin əldə edilməsində və silahlı qüvvələrin tamamilə geri çəkilməsində öz layiqli rolunu oynamır”, – Vanq Yi bildirib.