Xəbərlər

Livanın Baş naziri İsraili əməliyyatları dərhal dayandırmağa çağırıb

“İsrail Livanın suverenliyini pozmaqla, şəhər və qəsəbələrdə vəhşicəsinə partlayışlar törətməklə minlərlə sakinin evlərini tərk etmək məcburiyyətində qalmasına şərait yaradır”.

“Füyuzat”ın məlumatına görə, bunu Livanın Baş naziri Nəcib Mikati
BMT Təhlükəsizlik Şurasının Yaxın Şərqdəki vəziyyətlə bağlı iclası zamanı çıxışında deyib.

“İsrailin hərəkətləri bölgədə vəziyyəti azaltmaq üçün bütün səyləri pozur və böyük bir regional müharibənin başlanmasına səbəb olur.
Buna görə də biz BMT Təhlükəsizlik Şurasını İsrailə təzyiq göstərməyə və onu bütün cəbhələrdə atəşi dayandırmağa məcbur etməyə çağırırıq. Biz İsraildən təcavüzün dərhal dayandırılmasını tələb edirik”, – Baş nazir bildirib.